Bakıda döyülən kişi xəstəxana ölüb

Hadisə

30.11.2021 - 13:29

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa təhvil verilib

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyənləşdirilib.

Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstəxanada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş