Bakıda dələduzluq

Xəbərlər

19.09.2024 - 17:53

20 min manat mənimsəyən şəxs saxlanılıb

Bakıda dələduzluqla 20 min manat mənimsəyən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20.000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş