Bakıda dayanacağa zərər vuran şəxs saxlanılıb

Xəbərlər

20.08.2025 - 11:38

Sosial şəbəkələrdə paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb

Bakının Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı sosial şəbəkələrdə paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş