Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

03.01.2024 - 18:15

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb.

Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş