Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Hadisə

24.01.2021 - 09:43

Yüksək temperaturdan bir ədəd soyuducu əriyib

 

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 kvm olan mənzilin mətbəxində bir ədəd divan və bir ədəd kondisioner yanıb.

 

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, yüksək temperaturdan bir ədəd soyuducu əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

 

Müəllif: Ayna.az