Bu il Bakıda buraxılış siniflərini 72 min 782 şagird bitirir

Xəbərlər

07.06.2024 - 16:58

cedabet dərman SEO Xidməti

Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlanıb.

İdarədən AYNA-ya bildirilib ki, IX sinfi 43 min 664, XI sinfi 28 min 993, XII sinfi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.

Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 min 372 şagird təhsil alır.

İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 29 min 767 müəllim fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 min 530 uşaq cəlb olunub.

Qeyd edək ki, idarənin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş