Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur
13-16 oktyabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.