Bakıda bu marşrutda gedişhaqqı azaldılır

Xəbərlər

01.06.2022 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

132 nömrəli avtobuslar “BakıKart” sisteminə keçir 

Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə iyunun 2-dən “Kral-Transport” şirkətinin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli metro stansiyası - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən AYNA-ya bildirilib ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gedişhaqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir. Hazırda 132 nömrəli avtobuslarda gediş haqqı 0.40 AZN-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş