Həkimlər onun həyatını xilas edə bilməyiblər
Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
AYNA APA-a istinadən xəbər verir ki, ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.İbrahimov həkimlərin səyinə baxmayaraq ölüb.