Bakıda axtarışda olan silahlı şəxs saxlanılıb

Xəbərlər

20.02.2024 - 14:44

cedabet dərman SEO Xidməti

“Makarov”, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Həmçinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş