Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar

Xəbərlər

24.11.2021 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil maneəyə dəymiş vəziyyətdə aşkarlanıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə noyabrın 21-də Zirə qəsəbəsi ərazisindən qəsəbə sakini Ç.Əzimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, avtomobil dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat üç radələrində qəsəbə ərazisində maneəyə dəymiş vəziyyətdə aşkarlanıb.

Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəbrayılov, R.Əliyev və R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıblar. Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş