Bakıda avtobus zolaqlarının uzunluğu 160 kilometr olacaq

Xəbərlər

29.01.2025 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir

Bakıda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, eyni zamanda, paytaxtda avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi və gündəlik xəttə çıxarılan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur.

2030-cu ilədək Bakıda avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş