Bakıda antik əşyalar və 30 min manatlıq qızıl oğurlayanlar saxlanılıb - VİDEO

Xəbərlər

04.04.2024 - 20:56

cedabet dərman SEO Xidməti

əvvəllər məhkum olunmuş Toğrul Abbaslı və Seymur Hacıyev saxlanılıblar

Paytaxtın Səbail rayonu ərazisində 3 vətəndaşın evindən 30 min manat dəyərində qızıl-zinət, mobil telefon, notbuk, fotoaparat və antik əşyaları oğurlanıb.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saatlarında onların mənzildə olmadıqlarını müəyyənləşdirdikdən sonra oğurluq etdiklərini bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş