Bakıda ağır qəza

Hadisə

19.04.2021 - 04:53

Həkimlər Klinikalar SEO Xidməti

Heydər Əliyev prospektində üç avtomobil toqquşdu, xəsarət alanlar var

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.

 

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib. Xəsarət alan üç nəfər xəstəxanaya aparılıblar. Qəzanın baş vermə səbəbi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş