Tikinti işləri aparılan ərazidə iki ağacın məhv edildiyi müəyyən olunub
Bakı şəhəri, Maqsud Əlizadə küçəsi, 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AYNA-ya bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə iki ağacın məhv edildiyi müəyyən olunub: “Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”.
Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə minnətdarlığını bildirib.