Bakıda açıq ərazidə yanğın olub

Xəbərlər

24.04.2024 - 17:56

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Müəllif: Ayna.az