Aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Bakıda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd olunub ki, aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən və anbar kimi istifadə edilən yaşayış sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən isə 45 000 ədəd olmaqla, ümumilikdə iki fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 96 200 ədəd siqaret aşkar edilərək realizə olunmasının qarşısı alınıb.