Bakıda 8 nəfər liftdə köməksiz vəziyyətdə qalıb

Hadisə

29.12.2019 - 10:47

Hadisə yerlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi, Nərimanov və Nəsimi rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş