Bakıda 76 yaşlı qadın itkin düşüb - FOTO

Xəbərlər

15.03.2024 - 14:25

cedabet dərman SEO Xidməti

Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb

Bakıda 76 yaşlı qadın itkin düşüb. AYNA xəbər verir ki, bu barəcə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.

Yaxınları bildirib ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.

Hadisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edilib. Hazırda Almaz Daşdəmirovanın tapılması istiqamətində iş davam etdirilir.

Bakıda 76 yaşlı qadın itkin düşüb - Bakıda 76 yaşlı qadın itkin düşüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş