Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Hadisə

27.07.2023 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə elektrik naqilini təmir edərkən baş verib

Bakıda 44 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb, araşdırma aparılır. Bu barədə AYNA-ya Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyulun 26-ı saat 17 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayev yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş