Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Hadisə

02.07.2021 - 05:21

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 1989-cu il təvəllüdlü Əzimov Natiq İsabala oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az