Bakıda 28 yaşlı gənc yol qəzası zamanı xəsarət alıb

Hadisə

28.12.2023 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub

Bakının Xətai rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AYNA "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Rüstəmov Toğrul Telman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş