Bakıda 23 yaşlı gənc intihar edib 

Hadisə

13.03.2024 - 03:05

Murad Əliyev özünü ayaqqabı ipi ilə asıb

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, Balaxanı qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Murad Yusif oğlu yaşadığı evdə özünü ayaqqabı ipi ilə asaraq intihar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.

Müəllif: Ayna.az