11-ci sinif şagirdi yerindəcə dünyasını dəyişib
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
Həmin ərazidə yaşayan Ayla adlı 17 yaşlı qız özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Ayla 11-ci sinif şagirdi olub. Faktla bağlı araşdırma başlayıb.