Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır. Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında böyük əhəmiyyət kəsb edir.