Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb

Xəbərlər

30.06.2020 - 19:44

cedabet dərman SEO Xidməti

Nazirlik: Ev şəraitində müalicə alan xəstələr üçün apteklərdə kifayət qədər dərman var

 

“İnsanların xəstəliyi tək koronavirusdan ibarət deyil, digər xəstəliyi olanlar da var. Xəstəxanalara düşən ağırlığın azaldılması üçün yükün bir hissəsini poliklinikalar öz üzərinə götürür”.

 

AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

“Kimdəsə simptom varsa, poliklinikaya gəlmək lazım deyil, telefonla əlaqə saxlamaq lazımdır. Bakı və ətrafında 39 COVID-19 məntəqəsi yaradılıb. Məlumatlar bu məntəqələrə çatdırılacaq, xüsusi həkim briqadası evə gələrək analiz götürəcək. Testin nəticəsi çıxana qədər evdə təcrid olma və digər təlimatlar veriləcək. Əgər testin nəticəsi müsbət çıxarsa, yüngüldürsə, müalicə sahə həkiminin nəzarəti altında aparılacaq. Yüngül xəstələrin durumu ağırlaşarsa, təcili yardıma məlumat veriləcək və həmin xəstələr xəstəxanalara çatdırılacaq. Bununla da koronaviruslu xəstələrin ətrafdakı insanlarla əlaqəsini azalda bilərik”, - o bildirib.

 

Nazirlik rəsmisi ev şəraitində müalicədən də danışıb: “Ev şəraitində müalicə alan xəstələr üçün apteklərdə kifayət qədər dərman var. Bu dərmanlarla bağlı problem yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş