Xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub
Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir. AYNA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Qeyd edilib ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub: "Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq".