Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 8441 müraciət daxil olub

Xəbərlər

03.02.2025 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib

Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 8441 müraciət daxil olub.

İdarədən AYNA-ya bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5008 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1486 müraciət daxil olub.

BŞTİ-yə 1 703 sənəd (vətəndaşlar tərəfindən 435 ərizə, Elm və Təhsil Nazirliyindən 302, digər qurumlardan 208 tabelikdə olan təhsil müəssisələrindən 472 məktub və 286 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 244 elektron müraciətə baxılıb.

Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş