Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir

Xəbərlər

21.02.2024 - 13:02

cedabet dərman SEO Xidməti

Layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirklib.

Qeyd olunub ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 isə metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.

Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş