Bakı metrosunda qatarda nasazlıq yaranıb

Xəbərlər

13.01.2023 - 08:36

cedabet dərman SEO Xidməti

Depoya göndərilən qatara baxış keçirilib və problem aşkarlanmayıb

Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə AYNA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib.

"Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş