Bakı küçələrində gücləndirilmiş iş rejimi

Xəbərlər

11.02.2020 - 10:48

Həkimlər Klinikalar SEO Xidməti

"Piyadala yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik"

 

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb. AYNA-ya bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

"Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlunata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb: "Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda piyadala yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

 

"Qarlı və şaxtalı hava ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı və hərəkət təhlükəsizliyi üçün müəyyən tədbirlər həyata keçirilib. Perronların giriş-çıxışları, park ərazisi qardan təmizlənib", - deyə M.Ağayev qeyd edib.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş