“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 11 oktyabrda Bakı-Ağstafa, 12 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
ADY-dən AYNA.AZ-a bildirilib ki, sentyabrın 29-dan təyin edilən həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri ilə, eləcə də hər gün Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək olar.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.