Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - VİDEO

Xəbərlər

14.03.2026 - 17:42

Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş