“Azərişıq” vətəndaşları heyrətə salıb: <font color=red> BU QƏDƏR DƏ YOX!</font>

Cəmiyyət

13.08.2020 - 19:02

İyul ayı üçün elektrik enerjisi borcları ikiqat artıq hesablanıb – Nə baş verir?

 

Son 2 gündə sosial şəbəkənin Azərbaycan seqmentini təəccüb və narazılıq dolu paylaşımlar bürüyüb. Belə ki, xeyli sayda vətəndaş iyul ayı üzrə elektrik enerjisi borcunun qədərindən çox hesablandığını iddia edir və “Azərişıq”ı saxtakarlıqda ittiham edir. Hətta, yaşayış olmayan mənzillərə belə, işıqpulu borcu gəldiyi bildirilir.

 

AYNA məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Respondetlər “Bu ay kimlərdə işıqpulu ötən aylarla müqayisədə daha çox gəlib? Fərq nə qədərdir?” suallarını cavablandırıblar. Beləliklə:

 

Zeynəb Abdullayev: “Bu ay 87 manat işıqpulu gəlib. Halbuki, hər ay 45-50 manat olurdu”.

 

Səxavət Məmməd: “Əslində, ayın çox hissəsini heç evdə də olmamışıq, amma 54 manat borc gəlib. Nə məsələdir, anlamaq olmur”.

 

Elnurə Abuşova: “Atmagildə keçən ay 37 manat borc gəldiyi halda, bu ay 79.10 manat gəlib”.

 

Nazim Cəfərsoy: “Keçən ayla müqayisədə bu ay, təxminən 50% artıq borc gəlib”.

 

İlkin Abbas: “Normalda borcumuz hər ay 130-140 manat olurdu, 5 gün də evdə olmamışıq, amma 210 manat borc gəlib”.

 

Ayşən Mirzəyeva: “Keçən ay 10 manat, bu ay 14 manat yazılıb”.

 

Vüqar Əliyarov: “Bizdə də işıqpulu borcu bu ay çox olub, amma kondisioner çox işləyib”.

                               

Ruzbeh Məmməd: “Bizdə bu ay işıqpulu çox gəlib. Keçən ayla müqayisədə 12 manatdan artıq fərq var”.

 

Nərmin Şamilbəyli: “Bu ay 40 manat borc gəlib, halbuki əvvəlki aylarda 15-20 manat olurdu”.

 

Adil Vəliyev: “Biz ümumiyyətlə, 5 aydır evdə qalmırıq, rayondayıq. Evdə də heç bir texnika işlək deyil, lakin hər ay 3-4 manat borc olduğu ilə bağlı bildiriş alırıq”.

 

Sevil Gültən: “Bizdə də ötən aylarla müqayisədə fərq var. Bu ay borcumuz, ən azı 18 manat artıq olub”.

 

Əziz Əlibəyli: “İşıqpulunu ödədiyim gündən iki gün sonra eyni miqdarda borc gəlib”.

 

Əli Əkbər: “Bizdə həmişəki civarda olub - 14 manat”.

 

Ramil Həşimli: “Bu ay iki dəfə çox borc gəlib”.

 

Anar Akifoğlu: “Bu ay borcumuz 50  manat olub. Əvvəlki aylarla müqayisədə, bu ay bir az çox oldu. Əvvəllər kondisioner işləyən vaxtlarda 35-40 manat olurdu”.

 

Günel Abbas: “Bizdə işıqpulu borcu onsuz da hər ay çox gəlir. Bu ay isə israf etməməyimizə rəğmən, əvvəlki aylarla müqayisədə daha artıq borc gəlib. Hələlik bunun necə olduğu məlum deyil”.

 

Yelena Eyvazlı: “Bizdə də əvvəlki aylarla müqayisədə iki dəfə çox borc gəlib”.

 

İlhamə Rəsulova: “Mən artıq şikayət etmişəm. Bizdə ümumiyyətlə, qış aylarında borcumuz 50 manatdan aşağı olmur. Halbuki evdə daimi işləyən yalnız soyuducudur. 2 lampa və hərdənbir digər cihazları işlətməklə bu qədər borc gəlməyi absurddur”.

 

Azər Qismət: “Bizdə bu ay 2 manat artıq olub. O da kondisionerə görə”.

 

Məryəm Abdulla: “Bizdə bu ay hədsiz çox borc gəlib. May ayında 15.15, iyun ayında 43.99, iyul ayında 65.32 manat borc gəlib. Maraqlıdır ki, kondisioneri iyul ayında iyun ayı ilə müqayisədə daha az işlətmişik”.

 

Tariyel Faziloğlu: “Hər ay 30 manat civarında borc gəlirdi. Bu ay isə 52 manat gəlib. Lakin bu ay əvvəlki aylarla müqayisədə çox sərfiyyat olmayıb”.

 

Orxan Kərimov: “Keçən ay 36 manat, bu ay 63 manat borc gəlib”.

 

Aysun İsmayılova: “Keçən ay 43 manat, bu ay 92 manat borc yazılıb”.

Müəllif: Aləmdə Nəsib