Qurum gücləndirilmiş iş rejiminə keçdi
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib. AYNA-nın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
V.Aydınoğlunun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb: “Ötən gecədən başlayaraq, güclü küləklə müşaiyət olunan yağışlı hava “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,”Bakı” RETSİ-nin ərazisində olan Abşeron rayonunda elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb”.
O, qeyd edib ki, qurumun əməkdaşlarının operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb: “İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.