"Azeri Light" ucuzlaşıb

İqtisadiyyat

13.08.2025 - 11:32

Azərbaycan nefti 67 dollardan baha satılır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 ABŞ dolları və ya 0,78% azalaraq 67,45 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,98 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş