Azərbaycan neftinin qiyməti artıb
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 90,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,40 dollar ucuzlaşaraq 89,48 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,77 dollar artaraq 98,23 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.