Azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi nəzarətə götürülüb

Xəbərlər

15.06.2020 - 16:39

cedabet dərman SEO Xidməti

“Məsələ səfirliyin ciddi nəzarəti altındadır”

 

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi açılıb. AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat səfirliyə daxil olan kimi dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinə rəsmi məktub göndərilib.

 

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

 

“Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.  İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir", səfirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş