Jurnalist Nurlan Ağa koronavirusdan vəfat edib

Xəbərlər

11.10.2021 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalist Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı jurnalist vəfat edib. AYNA xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Pərvanə İbrahimova məlumat yayıb.

O qeyd edib ki, 1996-ci il təvəllüdlü Salamov Nurlan Xanağa oğlu (Nurlan Ağa) bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Nurlan Salamov Azərbaycanın xaricdə təhsil alan ən perspektivli gənclərindən biri idi. 2017-ci ildə bakalavriaturanı (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi) yüksək göstəricilərlə fəxri məzun olaraq başa vurub. 2019-cu ildə isə Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının Beynəlxalq jurnalistika ixtisaslaşması üzrə magistraturadan ən yüksək ÜOMG ilə fərqlənmə diplomu alaraq məzun olub. Həmin ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb. Hazırda Erzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsi Jurnalistika kafedrasının doktorantı idi. Bir sıra müsabiqələrin qaliblərindəndir, müxtəlif illər üzrə “İlin Ən Yaxşı Tələbəsi”, “İlin Ən Savadlı Tələbəsi” fəxri adlarına layiq görülüb.

“Jurnalist” tələbə-tədris qəzetinin redaktoru, “Tələbədən Tələbəyə”, “Beynəlxalq Jurnalistika Məktəbi” kimi layihələrin heyət üzvü olub. Aznews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. “Kaspi”, “Şərq”, “Ədalət”, “Jurnalist” qəzetləri, “Füyuzat”, “İşıq”, “Ulduz” jurnalları və bir sıra internet KİV orqanlarında yazılarla çıxış edib. Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş