“Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır”

Xəbərlər

21.10.2025 - 11:49

Hikmət Hacıyev: “Bu, ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”

"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir". AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, əvvəllər Azərbaycanka Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.

 “Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”, – Hikmət Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş