Azərbaycanın qadın güləşçisi dünya çempionu olub

İdman

28.07.2022 - 22:49

Məmmədova rəqibinə 5:3 hesabı ilə qalib gəlib

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

AYNA-nın məlumatına görə, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Müəllif: Ayna.az