Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir
"Keşlə" Futbol klubu yay fasiləsində daha iki futbolçunun kluba gətirib.
AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi cinah müdafiəçiləri - İlkin Qırtımov və Emin Mehdiyevlə müqavilə imzalayıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.
Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.