İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb

İdman

20.10.2020 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslər 10 günlük karantinə alınıblar

 

İngiltərə Premyer Liqa klublarının koronavirus testinin növbəti mərhələsinin nəticələri açıqlanıb.


AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, 12-18 oktyabr tarixlərində yeni yoluxma faktının aşkarlandığı müəyyənləşib.

 
Bu dəfə futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar.

 
Qeyd edək ki, Premyer Liqada hazırda “Everton” 13 xalla turnir cədvəlinə başçılıq edir.

Müəllif: Ayna.az