Azərbaycanın ehtiyat aktivləri 1,6 milyard dollar artıb

İqtisadiyyat

11.06.2022 - 22:51

Xalis maliyyə öhdəlikləri 242,1 milyon dollar artıb

Yanvar-mart aylarında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 9,7 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 254,7 milyon dollar azalıb. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 235,3 milyon dollar, xalis maliyyə öhdəlikləri 242,1 milyon dollar artıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (21,2 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (168,6 milyon dollar) dövlət kreditləri (61 milyon dollar), dövlət zəmanətli kreditlər (37,1 milyon dollar) və müəssisələrin kreditləri (9,2 milyon dollar) hesabına azalıb.

Bu ilin I rübü üzrə ölkənin ehtiyat aktivləri 1,6 milyard dollar məbləğində artıb.

Müəllif: Ayna.az