“Qara qızıl”ın qiyməti ucuzlaşıb

İqtisadiyyat

08.04.2021 - 11:37

Azərbaycan neftinin bir barreli 61,63 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar geriləyərək 62,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar ucuzlaşaraq 59,35 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar ucuzlaşaraq 61,63 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az