Azərbaycanın daha 13 müəssisəsindən pomidor və alma idxalına icazə verilib

Xəbərlər

23.01.2021 - 04:14

Qərar fitosanitar monitorinqin nəticələrinə dair alınan informasiyanın təhlilindən sonra qəbul edilib

 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) yanvarın 25-dən Azərbaycanın daha 13 müəssisəsindən pomidor və alma idxalına icazə verib.

 

AYNA xəbər verir ki, bu barədə xidmət özü məlumat yayıb.

 

Qeyd olunur ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən fitosanitar monitorinqin nəticələrinə dair alınan informasiyanın təhlilindən sonra qəbul edilib.

 

Xatırladaq ki, “Rosselxoznadzor” Azərbaycandan pomidor və alma idxalına ötən il dekabrın 10-da məhdudiyyət tətbiq etmişdi.

Müəllif: Ayna.az