"Azərbaycanfilm"də baş verən partlayışla bağlı xüsusi komissiya yaradılıb

Xəbərlər

27.06.2025 - 12:34

cedabet dərman SEO Xidməti

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

2025-ci il iyun ayının 26-da Bakıda yerləşən kinostudiya ərazisində istifadəsiz vəziyyətdə olan anbarda yanğınla nəticələnən partlayış baş verib. Hadisənin səbəblərinin araşdırılması, dəyən ziyanın hesablanması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin "Azərbaycanfilm" kinostudiyasında baş verən partlayışla bağlı məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

"Ən önəmlisi isə odur ki, baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş