Azərbaycanda zəlzələ olub

Hadisə

21.04.2024 - 01:27

Yeraltı təkanlar aprelin 20-si saat 23:49-da qeydə alınıb

İmişli rayonunda zəlzələ baş verib. AYNA bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, təbiət hadisəsi aprelin 20-si, saat 23:49-da, İmişli rayonu ərazisində, Beyləqan stansiyasından 35 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ 3 bal gücündə olub və hiss olunmayıb.

Müəllif: Ayna.az