Azərbaycanda zəlzələ olub

Xəbərlər

31.01.2023 - 07:53

Zəlzələnin maqnitudası 3.8-ə bərabər olub

Azərbaycanda zəlzələ qeydə alınıb. AYNA Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.8-ə bərabər olub. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

Müəllif: Ayna.az