Yeraltı təkanlar saat 17:14-də qeydə alınıb
İsmayıllı rayonunda zəlzələ olub.
Zəlzələlərin tədqiqatı bürosundan AYNA-ya verilən məlumata görə, təkanlar yerli vaxtla saat 17:14-də Xınalıq stansiyasından 16 km cənubda İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 31 km olan zəlzələ hiss olunmayıb.